RU

Kaxaber Tsxadadze: "Turnir cədvəlində olduğumuz yerə layiq deyilik"

"Qəbələ" Misli Premyer Liqasının 29-cu turunda doğma meydanda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İkinci hissədəki oyunumuza baxanda deyə bilərəm ki, bu gün 2 xal itirdik. Birinci hissə bir qədər əsəbi keçdi. Bizim oyunlarda həmişə belə olur. Turmir cədvəlindəki yerimizə baxanda baxanda bizim üçün normalıdıtr. Futbolçularda gərginlik var. İkinci hissədə biz yaxşı oynadıq, qol vəziyyətləri yaratdıq. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Bu da stress və ustalıqla bağlıdır. Futbolçularıma təşəkkür edirəm. Xaratker göstərdilər. Bundan sonra bizim üçün bütün oyunlar final kimi olacaq. Azarkeşlərimizə təşəkkür edirəm. Onlardan xahiş edirəm ki, sona qədər komandanın yanında olsunlar.

- Turan Manafov və Quimbila haradadır?

- Bu sualı klub rəhbərloiyinə versəz, yaxşı olar.

- Qarşıdakı turda neçə xal toplamağı planlaşdırırsız?

- Hər  oyunda mübarizə aparmaq lazımdır. Hər matç çətin keçəcək. Sona qədər mübarizə aparmalıyıq. Bu gün çoxları "Araz-Naxçıvan" rahat qələbə qazanacağını düşünürdü. Amma biz göstərdik ki, turnir cədvəlində olduğumuz yerə layiq deyilik.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Избранный
20
4
sportal.az

6Источники