RU

Gürcüstanda DTX keçmiş əməkdaşını məxfi məlumatların yayılmasına görə həbs edib

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) keçmiş əməkdaşının, daha sonra Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) sistemində çalışmış bir şəxsin məxfi məlumatları yaydığı üçün saxlanıldığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Qurumun yaydığı məlumatda qeyd olunur ki, hansı məxfi informasiyanın yayılması ilə bağlı detallar açıqlanmır.

İstintaq Gürcüstan qanunvericiliyinin dövlət sirrinin qorunması qaydalarının pozulmasını nəzərdə tutan maddə üzrə aparılır. Bu maddə 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Qanun pozuntusu dövlət sirri təşkil edən sənədlərin və ya materialların ehtiyatsız və ya qəsdən qorunmaması, onların itirilməsi, zədələnməsi və ya açıqlanması kimi halları əhatə edir.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti vurğulayıb ki, hətta az əhəmiyyətli məlumatların belə yayılması ciddi məsuliyyət yaradır və bütün şəxslər qanun qarşısında cavab verəcəklər.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
51
icma.az

1Источники