AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 25 aprel, AZƏRTAC
Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Xankəndidə üç marşrut xətti istifadəyə verilib.
Azərbaycanın bir qrup QHT nümayəndəsi Nyu-York merinə Açıq Məktub yazıb.
WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq.
Nizami Gəncəvinin türk dilində nəşr olunan əsərləri Rizə kitab sərgisində təqdim edilib.
Türkiyədə dronların idarə edilməsi üzrə təlim mərkəzləri yaradılacaq.