RU

Milyonçu marağının qurbanı oldu: faciəvi şəkildə öldü

Qabonda antilop ovuna çıxan amerikalı milyonçu gözlənilməz faciənin qurbanı olub.

Ölkə.Az-ın "The Sun" nəşrinə istinadən məlumatına görə, 75 yaşlı Kaliforniyalı şərab istehsalçısı Erni Dosio fillər tərəfindən tapdanaraq öldürülüb.

Təcrübəli ovçu olan Dosio aprelin 18-də nadir antilop növünü izləyərkən cəngəllikdə balaları olan fil sürüsü ilə qarşılaşıb. Heyvanlar qəfildən hürküb və insanlara hücum edib. Milyonçu hadisə yerindəcə keçinib, onu müşayiət edən peşəkar ovçu isə filin zərbəsi ilə kənara atıldığı üçün möcüzə nəticəsində sağ qalıb.

Hadisənin şahidi olan dostu bildirib ki, hər şey saniyələr ərzində baş verib və Dosio heç bir reaksiya verə bilməyib. Safarini təşkil edən "Collect Africa" şirkəti faktı təsdiqləyib. Hazırda milyonçunun cənazəsinin ABŞ-yə göndərilməsi üçün hazırlıqlar görülür.

Избранный
24
2
olke.az

3Источники