RU

Runi bu ölkənin çempion olmasını istədi

İngiltərə millisinin keçmiş hücumçusu Ueyn Runi Bruno Fernandeşə verdiyi müsahibədə Portuqaliyaya 2026-cı il Dünya Kubokunda uğurlar arzulayıb.

Publika.az xəbər verir ki, BBC-nin məlumatına görə, Runi deyib: “Sənin və Kriştianonun Dünya Kubokunu qazanmasını çox istərdim. Çıx və futboldan həzz al. Əylən. Ümid edirəm ki, uğur qazanacaqsan”.

Dünya Kuboku 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 milli komanda iştirak edəcək.

Portuqaliya millisi K qrupunda Özbəkistan, Kolumbiya və Konqo DR ilə oynayacaq.

Избранный
51
publika.az

1Источники