RU

XİN-dən Nyu-York merinə cavab: Təhrikedici bəyanatınızı rədd edirik!

Azərbaycan Xarici İşlər Nazirliyi Nyu-York meri Zöhran Mamdaninin qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatını pisləyib.

Publika.az xəbər verir ki, A.Hacızadə sosial media hesabında etdiyi paylaşımda rəsmi şəxsləri məsuliyyətli davranmağa və dezinformasiya yaymaqdan çəkinməyə çağırıb.

Mətbuat katibi bildirib ki, merin irəli sürdüyü iddialar siyasi motivlidir və regionun tarixi həqiqətləri ilə ziddiyyət təşkil edir:

"Biz sizin təhrikedici bəyanatınızı rədd edirik. Bu cür çıxışlar tarixin və regionun reallıqlarının dərk edilməməsindən xəbər verir, siyasi narrativlər naminə faktları təhrif edir".

XİN rəsmisi vurğulayıb ki, Azərbaycan 2020-ci ildə beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz suveren ərazilərində hərəkət edib: "2023-cü ildə həyata keçirilən antiterror tədbirləri isə 30 illik işğala son qoyaraq konstitusiya quruluşunun bərpası ilə nəticələnib".

Избранный
1
2
publika.az

3Источники