RU

Pezeşkian İran vətəndaşlarını elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb

İran Prezidenti Məsud Pezeşkian vətəndaşları elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.

APA xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlamasında deyib.

O bildirib ki, ölkənin düşmənləri İranın infrastrukturunu vurmaqda xalqı narazı salmağı məqsəd güdür.

“Xalq icazə verməməlidir ki, narazılıq yaransın”, - Pezeşkian qeyd edib.

O əlavə edib ki, “hələlik xalqın fədakarlığına ehtiyac yoxdur, amma istehlaka nəzarət edilməlidir”.

Избранный
19
5
apa.az

6Источники