RU

Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi

Rusiyanın Yekaterinburq şəhərində Ural Federal Universitetinin müəllimi Yuliya Volkovanın paylaşımı qalmaqal yaradıb.

AzNews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sözügedən müəllim sosial şəbəkələrdə azərbaycanlı keçmiş tələbəsinin 6 yaşlı qızının fotosunu paylaşaraq xoşagəlməz ifadələr işlədib.

“Azərbaycanlı ailələr məni bağışlasın. Lakin məni bir sual narahat edir: nəyə görə belə gözəl insanların bu cür çirkin uşaqları olur?”, - deyə o, sosial şəbəkə hesabının hekayə bölümündə bildirib.

Volkovanın bu paylaşımı qalmaqala səbəb olub. Təhqirə məruz qalan azyaşlının anası məsələ ilə bağlı prokurorluğa müraciət edib.

Избранный
19
2
aznews.az

8Источники