ain.az bildirir, Cebheinfo portalına istinadən.
Makron Avropanı hazırkı qlobal proseslərdə daha da möhkəmlənməyə çağırıb.
“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Afinada keçirilən Ekathimerini tədbiri zamanı bildirib ki, qlobal dünyada qarışıqlıq və çaxnaşma Avropa üçün həlledici an ola bilər.
Qeyd edib ki, hazırkı qlobal proseslərdə Avropa İttifaqının özünü geosiyasi güc kimi təsdiqlməsi üçün əlverişli fürsətə malikdir.
"Hesab edirəm ki, məhz bu, Avropa üçün həlledici an ola bilər", - deyən Makron qlobal nizamsızlığa, ABŞ-nin etibarlılığı ilə bağlı qeyri-müəyyənliyə və beynəlxalq nizama artan təzyiqə toxunaraq bildirib ki, hazırkı proseslər Avropanı iqtisadi çəkisini artırmağa və beynəlxalq hüquq prinsipləri çərçivəsində daha böyük rol oynamağa təşviq edir.
Makron Avropanın geosiyasi ambisiyalarını Avropa layihəsinin mühüm tərkib hissəsi kimi təqdim edərək, Aİ-nin artıq sülhə və rifaha nail olduğunu qeyd edib.
"Yeni bir layihə tərtib edə bilməyəcəyimiz üçün heç bir səbəb yoxdur" - deyən Makron, Avropanın yalnız "sülh məkanı və vahid bazar" olmaqla yanaşı “geosiyasi güc”ə çevrilməsinin zəruriliyini vurğulayıb.
O, Avropanın müdafiə, ticarət və maliyyə sahələrində artıq böyük qüdrətə sahib olduğunu, lakin bu qüdrətin daha dərin inteqrasiya və əsas sənaye sahələrinin qorunması yolu ilə geniş təsir mexanizmə çevrilməli olduğunu bildirib.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis də qarşıdakı illəri Avropa üçün kritik olacağını və Aİ-nin müdafiə, rəqabət və enerji təhlükəsizliyi sahələrində daha da möhkəmlənməsinin əhəmiyyət kəsb etdiyini qeyd edib.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.