RU

Azərbaycan neftinin bir bareli 113,97 dollara satılır

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

 

Senzor.az bildirir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,95 dollar və ya 1,74 faiz artaraq 113,97 dollar olub.

 

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

 

Onu da xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində neftin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Избранный
25
50
senzor.az

10Источники