Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.BUTA.TVReport-a istinadla xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini - 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.