RU

Həmzət Çimayev Arman Tsarukyana belə lağ etdi

Rusiyalı döyüşçü və UFC-nin orta çəki çempionu Həmzət Çimayev Arman Tsarukyanın RAF güləş liqası turnirindəki qələbəsi ilə bağlı istehzalı açıqlama verib.

Tsarukyan aprelin 19-da Filadelfiyada (ABŞ) keçirilən RAF 08 turnirində 46 yaşlı amerikalı Uriya Faberi 13:1 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, Çimayev sosial mediada paylaşdığı videoda bildirib:

“Bu oğlan gedib 75 yaşlı bir qocanı məğlub etdi. İndi isə geri qayıdıb və özünü çempion hesab edir”.

Избранный
18
publika.az

1Источники