Toronto Universitetinin alimləri müəyyən ediblər ki, tam yağlı süd uşaqlarda artıq çəki və piylənmə riskini azalda bilər.
"Cebheinfo.az" xəbər verir ki, araşdırmanın nəticələri "American Journal of Clinical Nutrition" jurnalında dərc olunub.
Tədqiqat zamanı uşaqların erkən yaşlarda hansı növ süd içdiyi (tam yağlı, az yağlı və ya yağsız süd) izlənilib. Daha sonra bu məlumatlar onların 5 və 8 yaşlarında bədən çəkisi və yağ miqdarı göstəriciləri ilə müqayisə edilib.
Nəticələrə görə, müntəzəm olaraq tam yağlı süd içən uşaqlarda bədən kütlə indeksi daha aşağı olub. Həmçinin bu qrupda 8 yaşına qədər piylənmə riski yağsız süd içən uşaqlarla müqayisədə 69 faiz azalıb.
Alimlər hesab edirlər ki, südün yağ tərkibi toxluq hissini artıraraq uşaqlarda fəsd fud, şirniyyat və şəkərli içkilərin istehlakını azalda bilər. Lakin bu əlaqənin dəqiq mexanizmi hələ tam müəyyən edilməyib.
Tədqiqatın nəticələri uşaqlar üçün yağsız süd tövsiyələrinə dair əvvəlki yanaşmaların yenidən qiymətləndirilməsinə səbəb ola bilər. (Axşam.az)
"Cebheinfo.az"