Daxili İşlər Nazirliyi ötən gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərlə bağlı statistik məlumatları açıqlayıb. 1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 24-də qeydə alınan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 153 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda, narkotiklərlə əlaqəli 29 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Həmçinin, cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.