RU

MPL: İmişli Sumqayıt a qarşı, Qəbələ Araz Naxçıvan ı qəbul edir

ain.az bildirir, Fanat portalına istinadən.

Misli Premyer Liqasında 29-сu tur başlayır. 

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün iki görüş keçiriləcək. 

Hər iki oyun bölgədə baş tutacaq. Əvvəlcə Qubada "İmişli" ilə "Sumqayıt" münasibətlərinə aydınlıq gətirəcəklər. Saat 16:00-da başlayacaq qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək. 

Daha bir FİFA referisi Kamal Umudlunun baş hakimi olacağı ikinci qarşılaşmada isə "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edəcək. Kaxaber Tsxadadzenin komandası ev oyunundan qalib ayrıla bilsə, azı bir günlük 10-cu pilləyə yüksələcək ki, bu yer elitada qalmaq uğrunda pley-off matçından yayınmağa imkan verir.  

Qeyd edək ki, turun qalan oyunları 26-27 apreldə keçiriləcək.Misli Premyer Liqası

29-cu tur

25 aprel 

16:00. “İmişli” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov.

VAR: Elvin Bayramov, Müslüm Əliyev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Quba. Olimpiya İdman Kompleksinin stadionu.

18:30. “Qəbələ” – “Araz-Naxçıvan”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.

VAR: Vüqar Həsənli, Əkbər Əhmədov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Qəbələ. Şəhər stadionu.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
1
fanat.az

2Источники