İran hökumətinə yaxın mənbə qeyd edib ki, Pakistanda ABŞ-la birbaşa danışıqlar olmayacaq.
Musavat.com xəbər verir ki, “Əl-Cəzirə”nin Tehran müxbiri Əli Haşemin məlumatına görə, İran tərəfi Rusiyanın təkliflərini dinləmək üçün Moskvaya getməyi planlaşdırır. Mənbənin sözlərinə əsasən, böhrandan çıxış yolu ilə bağlı Moskvanın müəyyən təşəbbüsləri var.
Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Araqçi Pakistanla ayrıca danışıqlar aparmaq üçün İslamabada səfər edib. Tehran bu mərhələdə ABŞ-la birbaşa təmasların olmayacağını açıq şəkildə bildirir.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtonla mümkün razılaşmanı müzakirə etmək istədiyini və Amerika tələblərini təmin etməyə yönəlmiş təkliflər hazırladığını açıqlayıb.
Musavat.com