RU

Məxfi bilgilərdən 400 min dollar – xüsusi təyinatlı həbsdə

ABŞ ordusunda qalmaqallı hadisə baş verib – xüsusi təyinatlı hərbçi məxfi məlumatlardan istifadə edərək böyük məbləğdə pul qazanmaqda ittiham olunur.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçisi Venesuela prezidenti Nikolas Maduro ilə bağlı planlaşdırılan gizli əməliyyat barədə əvvəlcədən məlumatlı olub və bu informasiyanı şəxsi maraqları üçün istifadə edib.

Məlumatlara əsasən, o, onlayn mərc platformalarında əməliyyatın nəticəsi ilə bağlı proqnoz verərək təxminən 30 min dollarlıq mərc edib və nəticədə bu məbləği 400 min dollardan çox qazanca çevirib.

ABŞ hüquq-mühafizə orqanları hərbçi barəsində dələduzluq, maliyyə fırıldağı və dövlət sirrindən sui-istifadə maddələri ilə cinayət işi açıb.

 

Musavat.com

Избранный
126
musavat.com

1Источники