RU

İmtahanda yüksək bal toplayan bacılar -

Bir ailənin iki övladı, əkiz bacılar Burlaxatun və Banuçiçək buraxılış imtahanlarında göstərdikləri uğurlu nəticələrlə valideynlərini sevindiriblər.Metbuat.az Xəzər TV-yə istinadən xəbər verir ki, memar olmağı qarşısına məqsəd qoyan Burlaxatun artıq 9-cu sinif buraxılış imtahanlarında yüksək potensialını nümayiş etdirərək 297 bal toplamışdı. O, bu il 11-ci sinif buraxılış imtahanında daha böyük uğura imza ataraq mümkün olan maksimum balı - 300 balı toplayıb. Əkiz bacısı Banuçiçək isə hüquq sahəsini seçib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almaq istəyən Banuçiçək bu imtahanda 266 bal toplayıb. O, gələcəkdə peşəkar hüquqşünas kimi insanların hüquqlarını qorumağı və ədalətin bərqərar olunmasına töhfə verməyi hədəfləyir.


Избранный
107
1
metbuat.az

6Источники