Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlılara qarşı həyata keçirilmiş siyasət təkcə etnik ayrı-seçkilik deyil, həm də sistemli şəkildə aparılmış müstəmləkəçi təfəkkürün, irqi ayrı-seçkilik xarakterli və monoetnikləşdirməyə hədəflənmiş siyasətin tərkib hissəsi olub.
Publika.az xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun bəyanatında yer alıb.
Bildirilib ki, azərbaycanlıların yeganə "günahı" onların milli mənsubiyyəti idi: "Onlar 1905-1906-cı illərdə, 1918-ci il və XX əsrin sonrakı mərhələlərində kütləvi qırğınlara, etnik təmizləməyə, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının kobud şəkildə pozulmasına məruz qalıblar.
Azərbaycanlılara qarşı törədilən kobud qanun pozuntuları kolonial güclərin tarixən müstəmləkə altında saxladığı xalqlara qarşı törətdiyi vəhşiliklərin təkrarı idi".
Bəyanatda vurğulanıb ki, Ermənistan SSR-nin məqsədyönlü şəkildə həyata keçirdiyi kolonial təfəkkürlü siyasət azərbaycanlıların öz tarixi yaşayış məkanlarından mərhələli şəkildə sıxışdırılmasına, onların mədəni-dini irsinin silinməsinə və nəticə etibarilə Ermənistanın monoetnik respublikaya çevrilməsinə xidmət edib: