RU

“Benfika”nın futbolçusu UEFA tərəfindən 6 oyunluq CƏZALANDIRILIB

ain.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Nəzarət və İntizam Orqanı (CEDB) “Benfika”nın yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasında “Real Madrid”ə qarşı görüşdə irqçi xarakterli davranışa görə 6 UEFA oyunundan kənarlaşdırıb.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Fevralın 17-də “Real Madrid” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Benfika”nı 1:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb. Oyun zamanı Madrid klubunun hücumçusu Vinisius Junior hakimə Prestianninin onu "meymun" adlandırdığını bildirib. Argentinalı futbolçu isə irqçi ifadə işlətmədiyini desə də, homofob sözlər dediyini etiraf edib.

CEDB-nin araşdırması müddətində Prestianni bir oyunu artıq buraxıb. Qərara əsasən, onun cəzasının 2 oyunu dərhal qüvvəyə minir, qalan 4 oyunluq diskvalifikasiya isə qərarın verildiyi tarixdən etibarən 2 illik sınaq müddəti ilə şərti xarakter daşıyır.

UEFA bəyanatında bildirilib ki, qurum FIFA-dan Prestianninin cəzasının bütün yarışlara şamil olunmasını istəyib.

20 yaşlı yarımmüdafiəçi bu mövsüm “Benfika”nın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. O, ötən ilin noyabrında Argentina millisində debüt edib.

"Borussiya"nın sabiq qapıçısı karyerasını bitirəcək

İspaniya millisinin üzvü "Real"ı tərk edəcək - ROMANO AÇIQLADI

Ranyeri "Roma"dan ayrılır?

"Barselona"nın hücumçusu zədəsini sağaldıb

Millidə yeni təyinat

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
35
apasport.az

10Источники