RU

“Kiməsə kitab hədiyyə etmək istehza ilə qarşılanır...” Etibar Əliyev

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Dünən "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" nü "təmtaraqla" qeyd etdik. Yenə də kitabla heç bir əlaqəsi olmayan adamları tədbirlərə dəvət etdilər. Bəlağətli çıxışlar oldu, kitab "vəsf" olundu".

“AzPolitika” xəbər verir ki, bu barədə keçmiş millət vəkili Etibar Əliyev “facebook” səhifəsində yazıb.

E.Əliyev daha sonra müşahidələrini qeyd edib: 

"-Ölkədə yalnız detektiv janrda yazılmış kitablar təbliğ olunur. Bu işin başında ağır narsisizm xəstəliyinə düçar olmuş Çingiz Abdullayev və Elxan Elatlı durur;

-Elmi -populyar ədəbiyyatların təşviqi çox aşağı səviyyədədir. Kitab mağazalarında bu istiqamətdə yazılmış ədəbiyyatlara toxunan belə yoxdur;

-30 ildən çoxdur ki, mütəmadi olaraq kitab mağazalarına və "Bukinist"lərə baş çəkirəm. Heç kim inciməsin. Bu müddət ərzində mən belə məkanlarda alim, yazıçı, şairlə rastlaşmamışam;

-Uşaqlar üçün yazılan şeirlər, hekayələr onların təfəkkürünü zənginləşdirmir. Zahid Xəlil kimi urvatsız bir şair bu sahəni inhisara alıb;

-Kitab mağazalarının yerləri satılıb. Rayonlarda demək olar ki, kitab mağazaları qalmayıb;

-Bakı şəhərində cəmi iki "Bukinist" mağaza mövcuddur və zirzəmidə (icarə) fəaliyyət göstərirlər;

-Mütaliə etməyən orta məktəb müəllimi dayaz bilikləri hesabına şagirdlərdə istedad nişanələrini oyada və tənqidi təfəkkür formalaşdıra bilməz;

-Mütaliəsiz alimlər auditoriyalarda tələbələrə 15-20 il əvvəl tərtib etdikləri konspektlərdən dərs keçirlər. Bu baxımdan fənlərarası elmin əlifbasından belə söhbət etməyə dəyməz;

-Kiməsə kitab hədiyyə etmək istehza ilə qarşılanır;

-“Heç kim heç kimin kitabını oxumur” sindromu artıq gerçəkliyə çevrilib;

-Şəxsi kitabxanalar yoxa çıxmaqdadır. Bu fenomen artıq nə alimi, nə yazıçını, nə də incəsənət adamlarını maraqlandırmır...

Və sonda Kitab Bayramımız mübarək olsun..."

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
azpolitika.info

1Источники