Qazax, 24 aprel, AZƏRTAC
Qazaxda filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Fəridə Ləmanın Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Rəşadət” ordenli şəhid Yunis Qasım oğlu Kazımovun xatirəsinə həsr etdiyi “Şuşa fatehi - Yunis Kazımov” adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Səməd Seyidov, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, ziyalılar iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra şəhid Yunis Kazımova həsr edilmiş videoçarx nümayiş olunub.
Şəhid Yunis Kazımovun keçdiyi şərəfli döyüş yolundan bəhs edilib, kitabdan seçilmiş nümunələr səsləndirilib.
Kitabın müəllifi Fəridə Ləman Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxrı Fərmanı ilə təltif olunub.
Müxbir - Ruslan Novruzoğlu