RU

Bakıda şagird məktəbli yoldaşını bıçaqladı - Araşdırmalara BAŞLANILDI

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli məktəbdə bıçaqlanma olduğu iddia edilir. 

Redaktor.az bakuplus.az-a istinadən xəbər verir ki, 11-ci sinif şagirdlərindən biri digərini bıçaqlayıb. 

Hadisə yerinə polis əməkdaşları gəlib, hazırda faktla bağlı araşdırma aparılır. 

Direktor polis şöbəsinə çağırılaraq dindirilib. 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, aprelin 23-də Bakı şəhəri 80 nömrəli tam orta ümumtəhsil məktəbində XI sinif şagirdlərindən biri digərinə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) yüngül xəsarət yetirib.

“Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib. Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb. Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, - deyə məlumatda qeyd edilib.

 

Избранный
38
11
redaktor.az

10Источники