RU

Taryel Ömərov “Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər” konqresində çıxış etdi

"Bariatrik və metabolik cərrahiyyə ilə bağlı paylaşımlarımız çox ola bilər, gün ərzində onlarla səs yazıları, paylaşımlar olur. Bu paylaşımlardan sonra bariatrik və metabolik cərrahiyyədə müxtəlif alimlərin adları ilə bağlı olan əməliyyat növləri ilə rastlaşacaqsınız. Hansı ki, birinci etapda distal kəsilmiş hissədən, distal hissədən başlanğıc əməliyyatlarını görəcəksiniz. Bunlar 69, 71, 78-ci illərdə az-az tətbiq olunmuş əməliyyat növləridir".

Redaktor.az xəbər verir ki, bunu Beynəlxalq “Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər” konqresində çıxışı zamanı tibb üzrə fəlsəfə doktoru, ümumi-laparoskopik bariatrik cərrah, Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının təsisçisi və sədri Taryel Ömərov dedi.

Onun sözlərinə görə, sonradan distal-proksimal fərqi yarandıqdan sonra daha çox proksimal, daha üst hissəyə bağlamağa başladılar:

"Bunlar 70-ci, 80-ci illərdə olan əməliyyat növləridir. Və bu əməliyyatların hər biri tarixdə keçid dövrü əməliyyatlarıdır, gördüyünüz əməliyyat sayları da var. Artıq 90-cı illərdə əməliyyat üzərində aparılan yeni həcmlər, hipok-hiposiliya əməliyyatları gündəmə gəlməyə başladı. Bu əməliyyatların hər biri, gördüyünüz əməliyyatlar öz-özlüyündə xarakterə qovuşmuş, formalaşmış, amma zamanında ən məşhur, populyar əməliyyatlardan biri olmuşdur. Təxminən 70-80 illik tarixi olan bariatrik və metabolik cərrahiyyə əməliyyatlarının sonunda, 2000-ci illərdə bir neçə standart – qızıl standart adlandıracağımız əməliyyatla standartlaşması gündəmə gəlib".

NURİYYƏ

Избранный
87
1
redaktor.az

2Источники