RU

Çin rekord həcmdə qızıl və gümüş ehtiyatı topladı: Məqsəd nədir?

Çin misli görünməmiş sürətlə qızıl və gümüş ehtiyatı toplamağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə qlobal makro trendləri izləyən “Kobeissi Letter”in yaydığı son təhlildə qeyd olunub.

Bildirilib ki, Çin həm qızıl, həm də gümüş bazarında son illərin ən güclü tələbat dövrünü yaşayır.

“Bloomberg” və Çin Gömrük Baş İdarəsinin məlumatlarına əsaslanan təhlildə qeyd edilib ki, 2026-cı ilin mart ayında ölkənin gümüş idxalı 78 faiz artaraq 836 tona çatıb və rekord göstərici qeydə alınıb. İlin əvvəlindən bəri Çinin ümumi gümüş idxalı 1 626 ton təşkil edib ki, bu da son 10 ilin mövsümi orta göstəricisindən 173 faiz çoxdur.

Analitiklər bu kəskin artımı iki əsas səbəblə izah edirlər. Birincisi, fərdi investorların daha bahalı qızıl əvəzinə daha ucuz olan külçə gümüşə yönəlməsi, ikincisi isə günəş enerjisi sektorunda ixrac vergi güzəştlərinin ləğv olunacağı gözləntisi ilə şirkətlərin alışları sürətləndirməsidir.

Избранный
79
publika.az

1Источники