RU

Əlilliyi olan şəxslərin reyestri ilə bağlı qaydalarda dəyişiklik edildi

BAKI, 24 aprel. TELEQRAF

Azərbaycan Respublikasının Nazirlər Kabineti əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydalarında dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2021-ci il 28 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası”nın 5-ci hissəsində düzəlişlər edilib.

Belə ki, 5.1.8-ci yarımbənddə “faizi” sözü “dərəcəsi” sözü ilə əvəz olunub, 5.1.9-cu yarımbənd isə ləğv edilib.

Dəyişikliklər müvafiq qanunvericilik aktlarının icrasının təmin olunması məqsədi daşıyır.

Избранный
54
teleqraf.com

1Источники