RU

Messi "Kornella" futbol klubunu satın aldı

Argentinalı peşəkar futbolçu Lionel Messi İspaniyanın aşağı liqalarında yer alan "Kornella" komandasının yeni sahibi oldu.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu məlumat həm idman, həm də iqtisadi baxımdan böyük ajiotaj yaradıb.

Barselona ətrafında fəaliyyət göstərən uzun müddətdir mövcud olan klubun satın alınması qısa müddətdə qlobal təsir yaradıb. Klubun sosial media hesabları cəmi bir neçə gün ərzində yüz minlərlə yeni izləyici qazanıb.

Satınalma prosesi ilə bağlı maliyyə təfərrüatları hələlik açıqlanmayıb. Bildirilir ki, danışıqlar dekabr ayında başlayıb və proses əsasən məxfilik şəraitində aparılıb. Həmçinin bildirilir ki, əvvəllər klubun rəhbərliyində vəzifə tutan bəzi şəxslər əməliyyatda rol oynayıblar.

İlahə Qənbərli

Missiya.Az

Избранный
52
missiya.az

1Источники