RU

Elektron tərəzidən yayınmaq istəyən sürücü infrastruktura ziyan vurdu (VİDEO)

Bakı.Trend:

Bakı–Qazax avtomobil yolunda yol hərəkəti qaydalarını pozaraqinfrastruktur obyektlərinə zərər vuran sürücü saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə 22 aprel2026-cı il saat 15:50 radələrində yolun 330-cu kilometrliyindəqeydə alınıb.

“Kamaz” markalı yük avtomobilinin sürücüsü Məmmədov Elvin Məlikoğlu elektron tərəziyə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədiləyolun hərəkət hissəsindən çıxaraq yolun çiyin hissə ilə hərəkətedib və beton arakəsmələrə ziyan vurub.

Qanunazidd hərəkətlər müşahidə kameraları ilə aşkar edilib vəsürücü Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. O,faktla bağlı inzibati məsuliyyətə cəlb olunub.

Избранный
42
5
az.trend.az

6Источники