RU

Hicaba görə efirlərə dəvət almır - Xuraman Şuşalıdan sərt çıxış

Xuraman Şuşalı hicablı olduğu üçün bəzi telekalların onu dəvət etmədiyini bildirib.

Musavat.com xəbər verir ki, ifaçı bu barədə “Çərçivədən kənar” verilişində danışıb:

“Kanallarla yanaşı, bir çox restoranlar da məni dəvət etmir. Deyirlər ki, Xuraman, başın açıq olsaydı, bütün toylar sənin idi. Düşünürəm ki, hicabın məclisə nə dəxli var?! Gözəl geyinirəm, milli obraz yaratmışam, səhnə mədəniyyətim var. Mahnılarım əsl məclis mahnılarıdır. Hicaba görə böyük qazancdan məhrum olmuşam. Dövlət kanallarına rəsmi şəkildə müraciətlər etsəm də, yollarım bağlıdır. Din azadlığı olan ölkədə yaşayırıq. Belə olmalı deyil”.

Избранный
43
4
musavat.com

4Источники