RU

Qadın 60 metrədən yıxıldı- SAĞ QALDI

Ajans.az xəbər verir ki, bu barədə ABC7 telekanalı məlumat yayıb. Hadisə aprelin 18-19-u baş verib. Bildirilir ki, idrak pozğunluğundan əziyyət çəkən qadın evdən çıxaraq geri qayıtmayıb. Onun ailəsi dərhal polisə müraciət edib və axtarış əməliyyatlarına başlanılıb. Axtarış-xilasetmə işlərinə iki alman çoban iti — Keva və Nadji cəlb olunub. İtlər qoxu izi ilə yarım kilometr məsafə qət etdikdən sonra qadının olduğu ərazini müəyyən ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları dərədən kömək çağırışları eşidiblər. Məlum olub ki, qadın dik yamacdan yıxılaraq təxminən 60 metr aşağı düşüb. Ağır xəsarətlər almasına baxmayaraq, o, sağ qalıb.

Zərərçəkən vertolyot vasitəsilə təxliyə edilib və xüsusi avadanlıqlarla yuxarı qaldırılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin stabil olduğu bildirilir.

Избранный
47
Ajans.az

1Источники