
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Facebook” sosial media hesabında paylaşım edib.
“Bu gün biz Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik, enerji və infrastruktur sahələrində sazişlər hazırlayırıq. Gücləndirmənin qarşılıqlı olması vacibdir. Ölkələrimiz arasında mənalı əməkdaşlığı yüksək qiymətləndirirəm”, - deyə siyasətçi əlavə edib.
Qeyd olunub ki, Zelenski burada Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə görüşəcək.
Daşqın HəsənovMissiya.Az