RU

Makron və Merts yeni nəsil döyüş təyyarəsi layihəsini davam etdirməyə razılaşıblar

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Fransa və Almaniya liderləri Emmanuel Makron və Fridrix Merts yeni nəsil Avropa döyüş təyyarəsi – "Future Combat Air System" (FCAS) layihəsi üzərində işləri davam etdirməyə razılaşıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

24 aprel tarixində Makron və Merts Kiprdə, Avropa İttifaqı liderlərinin qeyri-rəsmi sammiti çərçivəsində görüşüblər. Görüşdən sonra jurnalistlərin “Layihə tamamilə dayandırılıb?” sualına Makron: “Xeyr, heç də elə deyil. Mən və kansler yaxşı bir söhbət apardıq və müdafiə nazirliklərimizə bəzi istiqamətlər üzrə konkret işləri davam etdirməyi tapşırdıq. Yalnız perspektivli döyüş təyyarəsi deyil, həm də iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə aid məsələlər üzrə”, - deyə belə cavab verib.

Almaniya hökumətinin rəsmi nümayəndəsi agentliyə təsdiqləyib ki, iki ölkənin liderləri müdafiə nazirliklərinə “əməkdaşlığın müxtəlif istiqamətləri üzrə işləri davam etdirmək və növbəti addımlar barədə razılığa gəlmək” tapşırığı veriblər. “Bu işlər yaxın həftələr ərzində yekunlaşacaq”, – deyə mənbə əlavə edib.

Əvvəlcə Almaniyanın "Handelsblatt" qəzeti xəbər vermişdi ki, ölkələr "Dassault Aviation" və "Airbus Defence and Space" şirkətləri arasındakı fikir ayrılıqlarını həll edə bilməyiblər. Müxtəlif media mənbələri xəbər verirdi ki, fikir ayrılıqları fonunda Berlin və Paris layihəni tamamilə dayandıra bilər, ya da döyüş təyyarələrinin idarəetmə və pilotsuz sistemlərinin inkişafı ilə məhdudlaşaraq digər ölkələrlə əməkdaşlığa yönələ bilər.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
47
50
icma.az

10Источники