RU

Səhiyyə Nazirliyinin “Böyük Qayıdış” proqramı çərçivəsində növbəti təşəbbüsü Zəngilanda (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdəəhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığınartırılması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, həyata keçirilən təşəbbüslər “Böyük Qayıdış”proqramının mühüm tərkib hissəsidir.

Proqram çərçivəsində növbəti tibbi aksiya Zəngilan rayonununAğalı kəndində təşkil olunub. Aksiya zamanı nazirliyin M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yüksəkixtisaslı vətəcrübəli həkim heyəti bölgə sakinlərinə yerində tibbi xidmətgöstərib.

Aksiya çərçivəsində müxtəlif ixtisaslar üzrə həkimlər tərəfindənətraflı tibbi müayinələr aparılıb. Vətəndaşlar terapevt, kardioloq,endokrinoloq, qastroenteroloq və digər ixtisaslı mütəxəssislərtərəfindən qəbul edilib, onların sağlamlıq vəziyyətiqiymətləndirilib və fərdi tibbi tövsiyələr verilib.

Ürək-damar, həzm sistemi, böyrək və endokrin xəstəliklərin erkənaşkarlanması istiqamətində geniş müayinələr həyata keçirilib.Müasir tibbi avadanlıqlardan istifadə olunmaqlaelektrokardioqrafiya (EKQ) və digər zəruri diaqnostik prosedurlartətbiq edilib. Bu isə xəstəliklərin ilkin mərhələdə müəyyənolunmasına və vaxtında müdaxilə imkanlarının artırılmasına şəraityaradıb.

Təxminən 80 nəfərin faydalandığı tibbi aksiya yerli sakinlərtərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Layihənin əsasüstünlüklərindən biri tibbi xidmətlərin birbaşa əhalinin yaşadığıəraziyə çatdırılması və onların paytaxt və digər iri şəhərlərə üztutmasına ehtiyacın azalmasıdır.

Qeyd edək ki, bu cür tibbi aksiyalar işğaldan azad olunmuşərazilərdə məskunlaşan əhalinin sağlamlığının qorunması,xəstəliklərin erkən diaqnostikası və profilaktikasınıngücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bildirir ki, buistiqamətdə tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək və“Böyük Qayıdış” prosesi çərçivəsində əhalinin sağlamlığı prioritetsahələrdən biri olaraq qalacaq.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Избранный
34
4
az.trend.az

10Источники