
“İranın neft infrastrukturuna edilən hər hansı bir hücum Səudiyyə Ərəbistanının enerji obyektlərinə zərbələrlə qarşılanacaq”.
Missiya.Az xəbər verir ki, bunu İranın Vitse-prezidenti İsmayıl Səqqab İsfahani deyib.
"Hədəf siyahımız aydındır, neft yataqlarımızdan hər hansı biri vurularsa, Səudiyyə Ərəbistanının neft obyektlərindən birinə zərbə endirəcək və müvafiq cavab verəcəyik", - deyə siyasətçi vurğulayıb.
O qeyd edib ki, İranın cavab strategiyası mütənasib qisasdan daha ciddi eskalasiyaya qədər dəyişir.
Daşqın HəsənovMissiya.Az