RU

ADA Universitetində keçirilən Karyera Sərgisində 150 şirkətdən nümayəndələr iştirak edirlər

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 aprel, AZƏRTAC

ADA Universitetində keçirilən 14-cü Karyera Sərgisinin əsas məqsədi tələbələri birbaşa aparıcı şirkətlərlə əlaqələndirməkdir.

AZƏRTAC xəbər verir ki, bunu universitetin Karyera xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, tədbirdə 150 şirkətin kadrlar şöbəsindən 400-dən çox nümayəndə iştirak edir.

Təranə Aslanova qeyd edib ki, sərgi çərçivəsində tələbələr öz CV-ləri ilə şirkətlərə müraciət etmək imkanı qazanırlar. Eyni zamanda, şirkət nümayəndələri öz fəaliyyət istiqamətləri barədə məlumat verir və tələbələrlə müzakirələr aparırlar. Onun sözlərinə görə, bu cür tədbirlər tələbələrin iş bazarı ilə yaxından tanış olmasına və gələcək karyeralarını formalaşdırmağa mühüm töhfə verir. Nəticədə karyera sərgisindən sonra iştirakçıların əksəriyyəti işlə təmin olunur.

Müxbir-Xatirə Cəfərova

Fotoqraf- Tofiq Babayev

Operator-Ələkbər Baxşıyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
3
azertag.az

4Источники