Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Sloveniya yalnız “Avroviziya 2026” mahnı müsabiqəsində iştirakdan imtina etməklə kifayətlənməyib, həm də yarışmanın televiziya yayımını tamamilə dayandırmaq qərarına gəlib.
Bizimyol.info xəbər verir ki, dövlət televiziyası müsabiqənin əvəzinə alternativ proqram hazırlayıb.
Məlumata görə, yarımfinallar və finalın keçirildiyi 10–20 may tarixləri arasında efirdə “Glasovi Palestine” adlı xüsusi proqram silsiləsi yayımlanacaq. Bu proqram çərçivəsində fələstinli rejissorların bədii və sənədli filmləri nümayiş etdiriləcək, həmçinin ekspertlərin iştirakı ilə studiya müzakirələri təşkil olunacaq.
Bu, son 20 ildən artıq müddətdə ölkənin müsabiqədə iştirak etmədiyi ilk haldır. Eyni zamanda, müstəqil Sloveniya tarixində ilk dəfədir ki, “Avroviziya” milli televiziyada yayımlanmayacaq.
Sloveniyanın qərarı “Avroviziya 2026” ətrafında formalaşan daha geniş tendensiyanın bir hissəsidir. Daha əvvəl İspaniya, İrlandiya və İslandiya da müsabiqədə iştirak etməyəcəklərini açıqlamışdı. Niderland isə iştirakdan imtina etsə də, Sloveniyadan fərqli olaraq, yarışmanın yayımını dayandırmayıb.
“Avroviziya” ətrafında müzakirələr İsrail təmsilçisinin iştirakına qarşı narazılıqlar səbəbindən daha da güclənib. Bir sıra ölkələrdə iştirak formatının yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışlar səsləndirilib ki, bu da milli yayımçılar arasında daxili müzakirələrə və bəzi hallarda müsabiqədən imtinaya gətirib çıxarıb.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.