RU

Yelo Bank-ın rəsmi bəyanatı

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) 20-ci sanksiya paketində Yelo Bank-ın daadının yer almasına aydınlıq gətirmək istəyirik.

Yelo Bank fəaliyyətini hər zaman həm beynəlxalq, həm dəAzərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildəqurur. Bank bu gün də ABŞ Maliyyə Nazirliyi (OFAC), Avropa İttifaqıvə BMT-nin sanksiya rejimlərinə, habelə AML/CFT üzrə beynəlxalqstandartlara və yerli tələblərə ciddi şəkildə riayət etməkdə davamedir.

Sözügedən qərar isə banklararası maliyyə mesajlaşma sistemindənistifadəyə dair sırf texniki xarakter daşıyır. Bankımız bu sisteməçox öncədən qoşulmuş olsa da, hazırda əməkdaşlığı rəsmi şəkildədayandırıb və bu platforma üzərindən heç bir əməliyyat həyatakeçirmir.

100% yerli kapitala malik Azərbaycan bankı olaraq,fəaliyyətimizin əsas məqsədi ölkədəki mikro, kiçik və ortasahibkarlığın inkişafına dəstək vermək, əhaliyə gündəlikhəyatlarını rahatlaşdıran bankçılıq həlləri təqdim etməkdir.Hal-hazırda Yelo Bank-ın maliyyə dayanıqlılığı yüksək səviyyədədir.İlin 1-ci rübün nəticələrinə əsasən, Bank həm gəlirlilik, həmkapital dayanıqlılığı üzrə artım dinamikasını qoruyub saxlayıb.Məcmu kapital 177 mln manata yüksəlib, məcmu kapitalın adekvatlıqəmsalı 13.48%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə11.69% olmaqla, hər iki göstərici üzrə requlyativ tələbləriüstələyir.

Bütün xidmətlərimiz və əməliyyatlarımız adi rejimdə davamedir.

Məsələnin yenidən nəzərdən keçirilməsi və ləğv edilməsiməqsədilə artıq aidiyyəti qurumlar və hüquqi instansiyalarla rəsmiişlərə başlanılıb. Əminik ki, bu anlaşılmazlıq ən qısa zamandaaradan qaldırılacaq.

Məqalədə:
Избранный
40
16
az.trend.az

10Источники