RU

Kulevi neft terminalının gücünün genişləndirilməsi planlaşdırılrır

Bakı.Trend:

Kulevi neft terminalının gücünün genişləndirilməsi və yenitexnologiyaların tətbiqi planlaşdırılır.

Trend xəbər verirki, bunu Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya regionlarındaneft ticarəti və logistika forumda "SOCAR Georgia Black SeaTerminal" şirkətinin neft terminalının baş direktoru İsmayılKərimov bildirib.

Onun sözlərinə görə, 2006-cı ildən fəaliyyət göstərən terminaldayüklərin aşırılmasının səmərəliliyini artırmaq və əlavə müştərilərcəlb etmək üçün yeni texnologiyaların və avtomatlaşdırılmışsistemlərin tətbiqi nəzərdə tutulur.

“Əsas planlar sırasında terminalın bütün ərazisindəişıqlandırmanın modernləşdirilməsi layihəsinin başa çatdırılmasıvar ki, bu da iş şəraitini və əməliyyat səmərəliliyiniyaxşılaşdırmalıdır. Bundan əlavə, yaxın vaxtlarda SGS şirkətininlaboratoriyasının birbaşa terminal ərazisində istifadəyə verilməsigözlənilir. Bu, hazırda nümunələrin Batumiyə göndərilməsisəbəbindən 8–9 saat çəkən analiz müddətini 1–2 saata qədərazaltmağa imkan verəcək”, – baş direktor bildirib.

İ.Kərimov həmçinin, hər birinin tutumu 20 min kubmetr olan dördyeni rezervuarın tikintisi planları barədə məlumat verib.

“Ümumi investisiya həcmi təxminən 25 milyon dollar təşkil edəcək, bununla belə layihə tam şəkildə terminalın öz vəsaiti hesabınamaliyyələşdiriləcək. İcra müddəti təxminən bir il yarımqiymətləndirilir”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, bu təşəbbüslərin həyata keçirilməsiterminalın Orta Dəhlizdə mövqelərini gücləndirməyə və gələcəkdəaşırma həcmlərini artırmağa imkan verəcək.

Onun sözlərinə görə, 2006-cı ildən fəaliyyət göstərən terminaldayüklərin aşırılmasının səmərəliliyini artırmaq və əlavə müştərilərcəlb etmək üçün yeni texnologiyaların və avtomatlaşdırılmışsistemlərin tətbiqi nəzərdə tutulur.

Избранный
39
az.trend.az

1Источники