Kofe yuxusuzluğun bəzi mənfi təsirlərini qismən kompensasiya edə bilər. Bu barədə endokrinoloq Zuxra Pavlova bildirib.
Redaktor.az xəbər verir ki, o, bu içkinin faydalı tərəflərini öz "Telegram" kanalında açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, yuxu çatışmazlığı beynin normal fəaliyyətini pozur, xüsusilə neyronların sabit əlaqələr qurma qabiliyyətini zəiflədir. Bu da yaddaşa mənfi təsir edir, insanların hadisələri və digər şəxsləri xatırlamasını çətinləşdirir, ümumi düşünmə və diqqət qabiliyyətini isə zəiflədir.
Kofenin burada rolu isə bu təsirləri aradan qaldırmaq deyil, müvəqqəti olaraq azaltmaqdır. Kofein beyində yorğunluq hissini yaradan adenozin maddəsini bloklayır və nəticədə insan daha oyaq, diqqətli və aktiv hiss edir. Lakin bu təsir qısa müddətlidir və yuxusuzluğun beyində yaratdığı zərərləri tam bərpa etmir.
Aytəkin TOFİQQIZI