Nüşabə Musayeva və Ofelya Şabanova arasındakı küsülülük bitib.
“Yeni Sabah” xəbər verir ki, bir müddət əvvəl qardaşı vəfat edən Ofelya açıqlama ona dəstək olan ilk şəxslərdən birinin məhz Nüşabə Musayeva olduğunu deyib.
İfaçı birlikdə olduğu görüntüləri paylaşaraq yazıb:
“Çox qəribə bir həyatdır. Öz aləmimdə düşmən bildiklərim pis günümdə yanımda oldu, amma dost bildiklərim yox. Çox sağ ol, Nüşabə xanım. Bu gün də yanımda oldun. Allah səndən razı olsun”.
N.Musayeva paylaşım edərək qeyd edib ki, dərdin düşməni və dostu olmaz.
Xatırladaq ki, müğənni N.Musayeva həmkarı O.Şabanovanın hazırkı ərinin başqa nikahdan 3 uşağı olduğunu iddia edərək, ailə dəyərlərindən danışmağa haqqı olmadığını bildirmişdi. O. Şabanova məsələ ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edəcəyini açıqlamışdı.
Aydan Hacı
Telegram kanalımız