Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Alvaro Arbeloanın yayda “Real”dan ayrılacağı zaman məsələsidi."Football-plus.az" xəbər verir ki, onun istefaya göndərilməsi fonunda baş məşqçi vəzifəsinə əsas namizədlər müəyyənləşib. “Ekip” qəzetinin məlumatına görə, Arbeloa ilə yolları ayırmağı planlaşdıran rəhbərlik ilk növbədə Massimiliano Alleqri ilə Maurisio Poçettinonu kluba dəvət etmək variantlarını nəzərdən keçirir.Arbeloanın “Real”dakı gələcəyi komandanın qeyri-sabit nəticələrinə görə naməlum olaraq qalır: “Real”ın İspaniya çempionatında əhəmiyyətli xallar itirməsi və Çempionlar Liqasında mübarizəni dayandırması klubun boslarını qəzəbləndirib. Ona görə də rəhbərlik Arbeloa ilə vidalaşmağı düşünür.Baş məşqçi vəzifəsinə prioritet seçimlər isə “Milan”ı çalışdıran Alleqri və hazırda ABŞ yığmasına rəhbərlik edən Poçettinodu.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.