Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti son hərraclarda 1,09 ABŞ dolları və ya 0,96% azalaraq bir barel üçün 112,02 ABŞ dolları təşkil edib.
Hərrac nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçersləri 110,94 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin qiyməti daha kəskin – 1,15 ABŞ dolları və ya 1,04% azalaraq 108,94 ABŞ dollarına enib.
Rəsmi məlumatlara əsasən, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb ki, bu da hazırkı bazar qiymətlərindən təxminən 1,7 dəfə aşağıdır.
“Azeri Light” nefti Azərbaycanın əsas ixrac markasıdır və Azəri-Çıraq-Günəşli yataqlar bloku çərçivəsində hasil edilir. Layihədə SOCAR-ın payı 31,65% təşkil edir.
Tarixi göstəricilərə görə, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.