RU

ABŞ-də tornado nəticəsində 10 nəfər xəsarət alıb

Bakı. Trend:

ABŞ-nin Oklahoma ştatının şimalında baş verən tornadonəticəsində ən azı 10 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya şirkətininyerli şöbəsi bildirib.

Məlumata əsasən, təbii fəlakət Qarfild dairəsinə təsir göstəribvə Vens Hərbi Hava Qüvvələri bazasına kiçik ziyan vurub.

Təcili yardım xidmətləri axtarış-xilasetmə əməliyyatı aparır.Xəsarət alanların sağlamlıq vəziyyəti barədə hələlik məlumatverilməyib.

Избранный
70
az.trend.az

1Источники