Bakı. Trend:
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi DənizQüvvələrinin bu həftə Hörmüz boğazında əlavə dəniz minalarıyerləşdirdiyi bildirilir.
Trend-in məlumatına görə, bu barədə “Axios” nəşri ABŞmənbələrinə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ İranın həyata keçirdiyi minalamaəməliyyatını aşkar edib və prosesi yaxından izləyir. Portalınməlumatına əsasən, Vaşinqton İranın yerləşdirdiyi yeni minalarınsayını bilir, lakin dəqiq rəqəmi açıqlamır.
Nəşr qeyd edir ki, bu, İranın ABŞ hərbi əməliyyatlarınınbaşlanmasından bəri Hörmüz boğazını ikinci dəfə minaladığı ehtimalolunan haldır. Əvvəl yerləşdirilən və mütəxəssislər tərəfindəntəxminən 100 mina olduğu bildirilən partlayıcıların hamısının aşkaredilib-edilmədiyi isə hələlik məlum deyil.