RU

Vanna otağında 3 saatlıq xilasetmə əməliyyatı

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çərşənbə günü Vyetnamın Dananq kurort şəhərinin xilasetmə mərkəzinə qəribə müraciət daxil olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, müraciət əsnasında Nqu Xan Son rayonundakı evlərin birinə xilasedicilər göndərilib.

Məlum olub ki, evdə yaşayan ABŞ vətəndaşı vanna otağında ilişib qalıb. Olayı maraqlı edən məqam isə həmin kişinin çəkisinin 300 kq olmasıdır. Xüsusi avadanlıqlar vasitəsilə vannada ilişən "nəhəng"i oradan çıxarmağa 3 saat vaxt sərf olunub.

Qeyd edək ki, adı açıqlanmayan amerikalı daha sonra həkimlərin ixtiyarına buraxılıb, onun səhhətində ciddi problem aşkarlanmayıb. Təbii ki, çəkisindən dolayı.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
152
4
525.az

5Источники