RU

İndoneziya iqtisadiyyatını qorumaq üçün ciddi tədbirlər görür  

İndoneziyanın maliyyə naziri Purbaya Yudhi Sadeva Yaxın Şərqdəki müharibənin qlobal iqtisadiyyata mənfi təsirləri səbəbindən ölkəsinin “sağ qalma rejiminə” keçdiyini elan edib. 

Anadolu Agentliyi xəbər verir ki, nazirin sözlərinə görə, Prezident Prabovo Subiantonun rəhbərliyi ilə ölkə bütün resurslarını iqtisadiyyatı qorumağa yönəldib.

Nazir bildirib ki, hazırkı vəziyyət ölkənin iqtisadi varlığını qorumaq üçün atılan ciddi bir addımdır. İndoneziya hökuməti bu çətin dövrdən çıxmaq üçün üç əsas sahəyə, infrastrukturun inkişaf etdirilməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə və regionların iqtisadi inkişafının dəstəklənməsinə diqqət ayırır. 

Maliyyə naziri, həmçinin strateji bir təkliflə də çıxış edib. O qeyd edib ki, İndoneziya qlobal ticarət və enerji daşımaları üçün həlledici marşrut üzərində yerləşsə də, Malakka boğazından keçən gəmilərdən hazırda ödəniş alınmır. Hökumət qonşu ölkələrlə koordinasiyalı şəkildə bu boğazdan keçən gəmilər üçün pullu keçid sistemi tətbiq etməyi planlaşdırır. Bu addım isə ölkə büdcəsinə əlavə gəlir gətirmək məqsədi daşıyır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
85
azerbaijan-news.az

1Источники