RU

Meyvələr çürüməsin deyə uzun müddət belə saxlayın

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Meyvə və tərəvəzlərin soyuducuya qoyulmazdan əvvəl yuyulması ilə bağlı müxtəlif yanaşmalar formalaşıb və bu mövzu həm gigiyena, həm də saxlanma keyfiyyəti baxımından maraq doğurur. Meyvə və tərəvəzlərin əvvəlcədən yuyulması səthdəki kir və bəzi mikroorqanizmlərin azaldılmasına kömək edə bilər. Bəs, bu vərdiş nə dərəcədə doğrudur və məhsulların daha uzun müddət təzə qalmasına və təhlükəsizliyinə necə təsir göstərir?Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, meyvə və tərəvəzlərin soyuducuya qoyulmazdan əvvəl yuyulması məsələsi tez-tez müzakirə olunur və bu mövzuda yanaşma bir qədər şərtlidir.“Əsas səbəb nəmlə bağlıdır. Yuyulduqdan sonra məhsulun səthində qalan su mikroorqanizmlərin, o cümlədən bakteriya və kifin daha sürətli çoxalmasına şərait yaradır. Bu isə məhsulun daha tez xarab olmasına gətirib çıxarır. Xüsusilə çiyələk, moruq kimi yumşaq və həssas meyvələrdə çürümə prosesi daha da sürətlənir. Bununla belə, bəzi hallarda yumaq mümkündür. Məsələn, kartof və kök kimi torpaqlı tərəvəzlərdə üzərindəki iri çirkləri təmizləmək üçün yüngül yuma tətbiq oluna bilər, lakin mütləq şəkildə tam qurudulmalıdır. Yarpaqlı göyərtilər isə yuyulduqdan sonra yaxşı qurudulmalı və mümkün qədər kağız dəsmalla saxlanmalıdır”. Həmçinin oxu:

iPhone işlədənlərə təcili xəbərdarlıq

'Bu maşını almayın, peşman olacaqsınız'

Yol qırağında bitir, hamı tapdalayıb keçir — Dünyanın ən faydalı tərəvəzi seçildiEkspert bildirib ki, gigiyena baxımından müəyyən risklər də mövcuddur. “Yuyulmamış meyvə və tərəvəzlərin üzərində torpaq, pestisid qalıqları və mikroorqanizmlər ola bilər. Lakin bu risk adətən istehlakdan əvvəl yuma ilə aradan qaldırılır. Buna görə də əsas doğru yanaşma onları soyuducuya qoymazdan əvvəl deyil, istifadə etməzdən dərhal əvvəl yumaqdır. Ən doğru praktika isə belədir: meyvə və tərəvəzlər soyuducuya quru şəkildə yerləşdirilməlidir. Saxlama zamanı nəmdən qorumaq üçün hava keçirən qablar və ya kağız dəsmaldan istifadə etmək faydalıdır. İstifadədən əvvəl isə bol su ilə yumaq, lazım olduqda yarpaqlı məhsulları qısa müddət sirkəli və ya duzlu suda saxlamaq və sonra durulamaq daha məqsədəuyğundur. Nəticə olaraq, əvvəlcədən yumaq gigiyenik görünsə də, əksər hallarda bu üsul məhsulun saxlanma müddətini azaldır”.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
43
demokrat.az

1Источники