RU

Vinisius Mbappedən az maaş alacaq

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vinisius Mbappedən az maaş alacaq

"Real" hücumçusu Vinisius Junior ilə yeni uzunmüddətli müqavilə imzalamaq üçün prinsipial razılıq əldə edib.

QOL.az xəbər verir ki, "Sky Sports"un yaydığı məlumata görə, tərəflər arasında artıq yalnız son detalların dəqiqləşdirilməsi qalıb. Braziliyalı ulduzun müqaviləsi yenilənsə də, Kilian Mbappe "kral klubu"nun ən çox maaş alan futbolçusu statusunu qoruyub saxlayacaq.

Mətbuatda yer alan xəbərlərə görə, hazırkı sözləşməsi 2027-ci ilin yayında başa çatacaq Vinisius ildə 25 milyon avro qazanır. Mbappenin illik məvacibi isə 32 milyon avro təşkil edir. Yeni müqavilə ilə Vinisiusun maaşının artırılacağı və komandada qalma müddətinin uzadılacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
2
qol.az

3Источники