RU

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Azərbaycan BMT-nin “Vasitəçilik nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında Konvensiya”sına qoşulub.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin "X" hesabında paylaşım edilib.

Qeyd olunur ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri üzrə Ofisində sözügedən konvensiyanı ölkə adından imzalayıb.

    Məlumata görə, konvensiya 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul olunub və beynəlxalq səviyyədə vasitəçilik yolu ilə əldə edilən razılaşmaların hüquqi çərçivəsini müəyyən edir.

    Избранный
    75
    14
    metbuat.az

    10Источники