RU

​Xameneinin səhhəti ağırdır?

İranın ali dini lideri Müctəba Xamenei və onun ailəsi ilə bağlı yayılan xəbərlər son günlər yenidən informasiya məkanında geniş müzakirə olunur. Xüsusilə bəzi mənbələrdə oğul Xameneinin səhhətinin ağır olduğu, hətta idarəetmədən kənarlaşdığı barədə iddialar səsləndirilir. Bunun fonunda müxtəlif media qurumlarında ziddiyyətli məlumatlar diqqət çəkir. Metbuat.az xəbər verir ki, son məlumatlara görə, İran prezidenti Məsud Pezeşkianın Müctəba Xameneinin müalicə prosesində şəxsən iştirak edir. Bu detal xüsusilə diqqət çəkir, çünki əvvəllər də onun səhhətinin daha ağır olduğu barədə xəbərlər yayılmışdı. Bununla yanaşı, həm İran, həm də beynəlxalq mediada yayılan xəbərlər bir-birini təkzib edir. Rəsmi və hökumətə yaxın İran mənbələri Müctəba Xameneinin vəziyyətinin stabil olduğunu bildirir. Məsələn, İran tərəfi onun “sağ-salamat olduğunu və səhhətində ciddi problem olmadığını” iddia edir. Hətta bəzi açıqlamalarda ali dini liderin yaxın vaxtlarda ictimaiyyət qarşısına çıxış edəcəyi də qeyd olunur. Digər tərəfdən, Qərb və müstəqil mənbələrdə isə fərqli iddialar yer alır. Bu mənbələrdə Müctəba Xameneinin hərbi zərbələr zamanı yaralandığı, uzun müddət ictimaiyyət qarşısına çıxmamasının da bununla bağlı olduğu bildirilir. Bütün bu məlumatların fonunda əsas sual dəyişməz qalır: Xameneinin səhhəti ilə bağlı yayılan xəbərlər nə dərəcədə doğrudur? Bir tərəfdə rəsmi təkziblər, digər tərəfdə isə ardıcıl şayiələr var. Bu isə onu göstərir ki, məsələ təkcə sağlamlıq deyil, həm də ciddi informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirilir. Xatırladaq ki, 28 fevral tarixində İsrail tərəfindən edilən hava hücumu nəticəsində İranın ali rəhbəri Əli Xamenei həlak olub. Onunla yanaşı, gəlini, nəvəsi, qızı və kürəkəni də ölüblər. Martın 8-də Müctəba Xamenei İranın yeni ali lideri seçilib. O, ali lider seçiləndən sonra ictimaiyyət qarşısına çıxmayıb.

Nazim Hüseynzadə / Metbuat.az

Избранный
52
50
metbuat.az

10Источники